Türkiyənin İstanbul şəhərində keçirilən “MÜSİAD EXPO 2022” Ticarət sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edib. Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsmlər nümayiş olunub.