Gömrük Brokeri Xidməti

Gate Baku şirkətlər qrupu gömrük xidmətləri bazarında 10 ildən artıqdır ki fəaliyyət göstərir. Şirkətimiz istənilən yükün ixrac və idxal rejimində rəsmiləşdirilməsi, yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması və istifadəsi üçün bütün lazımi sənədləşmə işlərinin aparılması sahəsində böyük təcrübəyə malikdir.

Çox illik təcrübənin, ixtisas attestatına malik olan səlahiyyətli mütəxəssislərin, eləcə də qanunvericilikdə baş verən hər hansı bir dəyişiklik haqqında operativ şəkildə məlumat almağa imkan verən müasir avadanlıq və proqram təminatının mövcudluğu – bütün bunlar müştərilərə effektiv xidmət göstərmək üçündür.tətbiq edir.

Qarşımıza qoyulan sualların həllinə kompleks şəkildə yanaşırıq. Gömrük rəsmiləşdirilməsi zamanı müştərimizin xərclərini minimuma endirməyə çalışırıq və bu fəaliyyətimizi AR-nın qanunvericiliyi çərçivəsində həyata keçiririk

 

Xidmətlərimiz:

  • Sizin şirkətinizin Gömrük Komitəsinin elektron sistemində, yeni XİF iştrakçısı kimi qeydiyyatdan keçirilməsi
  • yük və nəqliyyat vasitələrinin istənilən gömrük proseduru altında yerləşdirilməsi
  • elektron gömrük bəyannaməsinin tərtibatı
  • etibarnamə əsasında gömrük orqanlarında müştərinin maraqlarını təmsil etmək
  • yük və nəqliyyat vasitələrinə gömrük inspektoru tərəfindən baxış keçirilən zaman müştərinin adından iştirak etmək
  • bütün gömrük ödənişlərinin həyata keçməsinə nəzarət etmək
  • gömrük orqanlarına müştərinin adından lazımi hesabatların verilməsi

©GATE BAKU

???? Salam, sizə necə kömək edə bilərik?