Azərbaycan Respublikasının Gömrük Məcəlləsində olan dəyişikliklərə əsasən, aşağıda qeyd olunanlara nəzər yetirəsiniz.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən bütün mallar və nəqliyyat vasitələri üçün, gömrük sərhədindən keçməmişdən əvvəl (ən gec halda 1 saat qabaqcadan), elektron formada qısa idxal bəyannaməsi tərtib olunmalıdır.

Bu dəyişiklər «Yaşıl dəhliz» buraxılış sistemindən daimi istifadə hüququna malik olan və olmayan bütün idxalaçılara şamil olunur.

Dəyişiklər 2019-cu il fevralın 1-dən etibarən qüvvəyə minir və qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 485.2. maddəsinə əsasən, vəzifəli şəxslər 1000 (min) manat məbləğində, hüquqi şəxslər isə 1500 (min beş yüz) manat məbləğində cərimə olunacaqlar.

©GATE BAKU

???? Salam, sizə necə kömək edə bilərik?