Hava nəqliyyatı məhsulların ən sürətli, təhlükəsiz və qənaətcil çatdırılma üsullarından biridir. Sürətli tranzit müddəti, minimal zərər riski və geniş coğrafi çatdırılma imkanları sayəsində hava daşımaları beynəlxalq ticarətdə müstəsna rol oynayır.
Gate Baku Express, fəaliyyətə başladığı gündən etibarən hava yükdaşımasını əsas xidmət istiqamətlərindən biri kimi inkişaf etdirir. Şirkət dünyanın aparıcı aviaşirkətləri və hava limanları ilə birbaşa əməkdaşlıq edir. Bu, müştərilər üçün həm sərfəli qiymət, həm də yüksək xidmət keyfiyyəti təmin edir.
Beynəlxalq təhlükəsizlik standartlarına və aviasiya qaydalarına tam riayət etməklə, müxtəlif kateqoriyalı yüklərin operativ və təhlükəsiz şəkildə çatdırılmasını həyata keçiririk.
Hava daşımalarının təsnifatı
- Sadə daşımalar
- Bütöv təyyarənin tam yüklənməsi;
- Yükün təyinat yerinə birbaşa və vaxtında çatdırılması;
- İri həcmli və təcili yüklər üçün optimal həll.
- Birbaşa uçuşla çatdırılma
- Transfersiz, fasiləsiz uçuş vasitəsilə çatdırılma;
- Daha qısa tranzit müddəti, minimal risk;
- Sürətli çatdırılma tələb edən yüklər üçün ideal seçim.
- Transfer uçuşlarla çatdırılma
- 2–3 tranzitdən ibarət daha sərfəli daşımalar;
- Büdcəyə uyğun, etibarlı və effektiv logistika həlli;
- Çatdırılma xərcini azaltmaq istəyən müştərilər üçün uyğundur.
Gate Baku Express-in üstünlükləri
- Müştərinin tələblərinə uyğun optimal marşrut və dəyər seçimi;
- Hava yüklərinin bütün növlərinin (standard, ekspress, xüsusi və təhlükəli yüklər) daşınması;
- Yükün daşınması prosesinin peşəkar nəzarəti;
- Təhlükəsiz və vaxtında çatdırılma təminatı.
Gate Baku Express-in təqdim etdiyi imkanlar
- Logistika sahəsində geniş və uğurlu təcrübə;
- Müştərilər üçün stabil və münasib tariflər;
- Minimum çatdırılma müddəti;
- Gömrük prosedurları üçün hüquqi dəstək və bütün sənədlərin hazırlanması;
- Vahid ekspeditor tərəfindən tam logistika idarəetməsi;
- Yükün daşınmasının bütün mərhələlərində yüksək səviyyəli sistem təminatı və operativ məlumatlandırma.