Ünvan: Bakı, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79  

Tez-tez Verilən Suallar

Gate Baku Express aşağıdakı əsas xidmətləri təqdim edir:

  • Logistika xidmətləri: Quru yolu, hava, dəniz və dəmiryolu daşımaları
  • Gömrük təmsilçiliyi: Broker və bəyannamə xidmətləri
  • İdxal–ixrac sənədləşməsi
  • Tam logistika və ekspeditor dəstəyi

Şirkət bütün kateqoriyalı hava yüklərini daşıyır:

  • Standart yük
  • Ekspress və təcili yüklər
  • Xüsusi təyinatlı yüklər

Beynəlxalq aviasiya standartlarına tam uyğunluq təmin olunur.

  • Birbaşa uçuşlar – daha sürətli və risksiz çatdırılma tələb edən yüklər üçün uyğundur.
  • Transfer uçuşları – daha sərfəli qiymətə daşınması üçün seçilir.

Gate Baku Express hər müştəri üçün optimal marşrutu qiymət, sürət və təhlükəsizlik baxımından fərdi şəkildə müəyyənləşdirir.

Yükün növündən asılı olaraq FCL (tam konteyner) və LCL (qismən konteyner) daşımaları mümkündür. Komanda yükün ölçüsü və xüsusiyyətlərinə uyğun konteyner seçimini həyata keçirir.

Gate Baku Express:

  • Boş konteynerlərin təhvil verilməsi
  • Konteynerlərin yüklənməsi üçün gəmi yerlərinin bronu
  • Stuffing əməliyyatları
  • Limandan təyinat nöqtəsinə yola salınma
  • Müvəqqəti saxlanc və anbar xidmətlərini tam şəkildə təşkil edir.

Dəmiryolu daşımaları həm Azərbaycanda, həm də MDB ölkələri daxil olmaqla beynəlxalq marşrutlarda həyata keçirilir. Müxtəlif növ vaqonlarla yüklərin daşınması mümkündür.

Şirkət aşağıdakı ödənişləri operativ şəkildə hesablaya bilir:

  • İdxal və ixrac tarifləri
  • ƏDV
  • Stansiya yığımlar
  • Yükləmə və boşaltma xərcləri

Daşımalar Avropa, MDB, Türkiyə və digər beynəlxalq istiqamətlərdə həyata keçirilir. Ölkədaxili daşımalar da xidmət paketinə daxildir.

  • Tentli TIR-lar
  • Refrijerator (soyuduculu) TIR-lar
  • Platforma TIR-lar
  • FTL (tam yük) və LTL (qismən yük) daşımaları mövcuddur.

Bəli. Gate Baku Express tam broker xidməti, gömrük bəyannamələrinin hazırlanması, idxal-ixrac sənədləşməsi, tranzit sənədləri, şəhadətnamələr və digər gömrük əməliyyatlarını həyata keçirir.

Qiymətlər aşağıdakı meyarlara əsasən formalaşır:

  • Marşrut və məsafə
  • Daşıma növü (hava, dəniz, dəmiryolu, quru yolu)
  • Yükün çəkisi və həcmi
  • Təcili çatdırılma tələbi
  • Xüsusi icazələr və əlavə xidmətlər

Gate Baku Express şəffaf və stabil tarif siyasəti tətbiq edir.

Bəli, yük müştərinin anbarından götürülərək ölkədaxili və beynəlxalq şəkildə təyinat ünvanına çatdırılır.

  • Müştəri ehtiyaclarına uyğun fərdi həllər
  • Şəffaflıq, operativlik və peşəkarlıq
  • Çevik və effektiv logistika planlaması
  • Yükün hər mərhələsində peşəkar nəzarət
  • Sabit və münasib tariflər
  • Uzunmüddətli və etibarlı tərəfdaşlıq prinsipləri

Bəli. Yükün növündən asılı növündən əlavə sertifikatların və icazələrin alınmasına ehtiyac yarana bilər (Qida təhlükəsizlik sertifikatı, Gigiyenik sertifikat, Baytarlıq Sertifikatı, Fitosanitar Sertifikat və s.).

Nazirlər Kabinetinin 95 saylı qərarına əsasən qida məhsulları və qida məhsulları ilə bir başa təmasda olan qablaşdırma məhsulları qida təhlükəsizliyi nəzarətinə aid edilir. İdxal sağlamlıq aktı olmayan qida məhsullarının satışı qanuna ziddir. Akt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir. Məhsulların siyahısını müvafiq saylı qərardan izləyə bilərsiniz.

Nazirlər kabinetinin 231 saylı qərarına əsasən insan dərisi ilə bir başa təmasda olan məhsullar (qablaşdırma məshulları, kosmetik vasitələr, oxu və yazı ləvazimatları və s.) sanitariya nəzarətinə aid edilir. Sertifikat Səhiyyə Nazirliyi tərəfindən verilir. Məhsulların siyahısını müvafiq saylı qərardan izləyə bilərsiniz.

Nazirlər kabinetinin 231 saylı qərarına əsasən bitki və bitki mənşəli məhsullar fitosanitar nəzarətinə aid edilir. İdxal zamanı Fitosanitar sertifikat idxal zamanə satıcı yaxud yük göndərən tərəfindən təmin edilməlidir, ixrac zamanı isə sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir. Məhsulların siyahısını müvafiq saylı qərardan izləyə bilərsiniz.

Nazirlər kabinetinin 231 saylı qərarına əsasən heyvan və heyvan mənşəli məhsullar fitosanitar nəzarətinə aid edilir. İdxal zamanı Baytarlıq sertifikatı idxal zamanı satıcı yaxud yük göndərən tərəfindən təmin edilməlidir, ixrac zamanı isə sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir. Məhsulların siyahısını müvafiq saylı qərardan izləyə bilərsiniz.

Sualınız Var?