Ünvan: Bakı, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79  
Haqqımızda
Haqqımızda
10
ilə yaxın təcrübə

Biz Kimik?

Haqqımızda

Gate Baku Express QSC – 2016-cı ildə təsis edilmiş, logistika, gömrük rəsmiləşdirilməsi, idxal-ixrac sənədləşməsi və beynəlxalq mühasibat uçotu sahələrində ixtisaslaşmış mütəxəssislərdən ibarət komandadır.

Biz fəaliyyətimizdə qısa müddətli mənfəətdən daha çox, uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına önəm veririk. Bu səbəbdən müştərilərimizin ehtiyaclarını diqqətlə dinləyir, onlara çevik və effektiv həllər təqdim edirik.

Gate Baku Express olaraq, fəaliyyətimizi şəffaflıq, dürüstlük və qarşılıqlı etimad prinsipləri üzərində qururuq. Bu yanaşma bizə mürəkkəb iş şəraitində belə konsensus tapmağa, kompromislərə nail olmağa və müştərilərimizin məqsədlərinə çatmalarına dəstək olmağa imkan verir.

Biz komanda ruhuna, birlikdə yaratdığımız dəyərə və müştərilərimizlə qurduğumuz əməkdaşlığa böyük önəm veririk. Cəmiyyət və biznes mühiti üçün faydalı olmaqdan qürur duyur, daim inkişaf etməyə və dəyişən dünyaya uyğunlaşmağa çalışırıq.

Missiya - Azərbaycanda gömrük, logistika və idxal-ixrac sənədləşməsi xidmətləri sahəsində ən etibarlı, məsuliyyətli və peşəkar təşkilat kimi fəaliyyət göstərmək; müştərilərə yüksək keyfiyyətli, operativ və təhlükəsiz xidmətlər təqdim etməklə, ölkənin biznes mühitinin inkişafına töhfə vermək.

Vizion - Müştərilər üçün prosesləri maksimum dərəcədə asan, sürətli və rahat etmək; dövlət qurumları üçün isə tam şəffaflıq, qanunauyğunluq və etibarlı əməkdaşlıq prinsiplərinə əsaslanan nümunəvi şirkət olmaq.

Hədəf - Azərbaycan dövləti qarşısında gömrük, logistika və idxal-ixrac sənədləşməsi sahələrində yüksək standartlara cavab verən fəaliyyət göstərərək, həm vətəndaşların, həm də müştərilərin maksimum məmnuniyyətini təmin etmək; ölkənin logistika potensialının inkişafına dəstək olmaq və bu sahədə etibarlı tərəfdaş kimi mövqeyimizi daha da gücləndirmək.

Statistika alt başlıq

Statistika

"Gate Baku - KOB Logistika Dəstək Xidmətləri ilə əməkdaşlıq edən müəssisələr, təchizat zəncirini optimallaşdıraraq çatdırılma vaxtını qısaldır, əməliyyat xərclərini effektiv idarə edir və müştəri məmnuniyyətini yüksəldərək bazardakı mövqelərini gücləndirir."

Çatdırılma vaxtını sürətləndirib.
85%
Əməliyyat xərclərini azaldıb.
70%
Müştəri məmnuniyyətini artırıb.
90%